Putinin sözçüsü İranın Moskvanı İsrailə hücumla bağlı xəbərdar edib-etməməsi sualına cavab verməyib

Putinin sözçüsü İranın Moskvanı İsrailə hücumla bağlı xəbərdar edib-etməməsi sualına cavab verməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İranın İsrailə planlaşdırılan hücumlar barədə Moskvanı əvvəlcədən xəbərdar edib-etməməsi sualına cavab verməyib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü bu barədə heç nə deyə bilməyəcəyini söyləyib.

O qeyd edib ki, Rusiya Federasiyası həm İran, həm də İsraillə konstruktiv işgüzar əlaqələr saxlayır.

“Bilirsiniz ki, bizim Tehranla çox konstruktiv işgüzar əlaqələrimiz var. Öz növbəsində İsraillə də təmaslarımız var. Onlar da konstruktiv xarakter daşıyır”, deyə Kreml rəsmisi vurğulayıb.

Qeyd edək, rəsmi Tehran İsrailə raket və dron hücumundan 72 saat əvvəl qonşu ölkələri məlumatlandırdığını açıqlayıb.