Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti QH Gənclər Təşkilatının baş qərargahında olub

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti QH Gənclər Təşkilatının baş qərargahında olub

Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar.

“Birxeber.Az” xəbər verir ki, qonaqlara qurumun fəaliyyəti haqqında məlumat verilib, həmçinin qərargahla tanışlıq olub.

Bundan başqa, nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, həmçinin Azərbaycan Dillər Universitetində olublar.