Azərbaycanın Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərib

Azərbaycanın Səhiyyə Nazirliyi Türkiyəyə əlavə 18 tibb işçisi göndərib

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən qardaş Türkiyəyə humanitar yardım göndərilib.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Qudayev deyib.

"Humanitar yardım paketinə dərman prepaparatları, sarğı materialları tibbi avadanlıqlar və ilk tibbi yardım üçün tələb olunan vasitələr daxildir. Bizim tərəfimizdən 18 tibb işçisi, Fövqaladə Hallar Nazirliyi tərəfindən isə 2-cı səyyar hospital göndərilib.

Türkiyədə baş vermiş zəlzələ hər birimizi sarsıltdı. Bu çətin anlarda türk xalqı ilə birlikdəyik. Türk qardaşlarımıza səbr diləyirəm",- deyə R.Qudayev əlavə edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Maliyyə Maliyyə
"Azərpoçt" I yarımilin maliyyə nəticələrini açıqlayıb

"Azərpoçt" I yarımilin maliyyə nəticələrini açıqlayıb

Maliyyə Maliyyə
Azərbaycan və IDB nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və IDB nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib

Maliyyə Maliyyə
"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 14 % artıb

"Azərbaycan Dəmir Yolları"nın Həkim-Sanitar Xidmətinin zərəri 14 % artıb

Maliyyə Maliyyə
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.05.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.05.2023)

Maliyyə Maliyyə
AMB: "Gələn il büdcə xərcləri ÜDM-in 30%-dən çox olacaq"

AMB: "Gələn il büdcə xərcləri ÜDM-in 30%-dən çox olacaq"

Maliyyə Maliyyə
Milli Məclis müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək

Milli Məclis müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək

Maliyyə Maliyyə
Dövriyyədə olan ödəniş kartları 20%-dən çox artıb

Dövriyyədə olan ödəniş kartları 20%-dən çox artıb

Maliyyə Maliyyə
Azərbaycanda notariuslar qiymətli kağız mülkiyyətçisinin ölümü barədə məlumatlandırılacaq

Azərbaycanda notariuslar qiymətli kağız mülkiyyətçisinin ölümü barədə məlumatlandırılacaq

Maliyyə Maliyyə
Azərbaycan büdcədən subsidiyaları 25 %-dən çox artırır

Azərbaycan büdcədən subsidiyaları 25 %-dən çox artırır

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.04.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.04.2023)

Maliyyə Maliyyə
Ziya Əliyev: "Sığorta bazarında artım tempi ilin sonuna qədər davam edəcək"

Ziya Əliyev: "Sığorta bazarında artım tempi ilin sonuna qədər davam edəcək"