Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-2 - VİDEO

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB-2 - VİDEO

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.

Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

10:48

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır.

Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.

Bildirilib ki, əlavə məlumat veriləcək.

***

09:52

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

09:43

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.