Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

“Birxeber.Az” xəbər verir ki, məşqçilər korpusu aprelin 18-də startı veriləcək qitə birinciliyində 18 boksçunun xidmətindən yararlanacaq.

Onlardan 13-ü kişi, 5-i isə qadın idmançıdır. 11 gün davam edəcək turnirdə kişi boksçular tam heyətlə güclərini sınayacaqlar. Məşqçilər korpusu çempionatda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə (54 kq), Şamil Əsgərov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcək.

Qadın boksçuların yarışında isə Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (51 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) rinqə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatında 25 çəki dərəcəsində (13 kişi, 12 qadın) 35 ölkədən 400 boksçunun iştirakı gözlənilir.