Üç gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Üç gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Üç gün öncə Naxçıvan şəhərində baş verən qəzada xəsarət alan 68 yaşlı qadın xəstəxanada ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınan qəzada avtomobil Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını vurmuşdu.

Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadın xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.