Sabiq deputat Hadı Rəcəbli dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB-1

Sabiq deputat Hadı Rəcəbli dəfn olunub - FOTO - VİDEO - YENİLƏNİB-1

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub.

APA xəbər verir ki, Hadı Rəcəbli Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

13.32

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi başa çatıb.

APA xəbər verir ki, "Təzəpir" məscidində keçirilən vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Ombudsman Səbinə Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti İsa Həbibbəyli, sabiq və indiki millət vəkilləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Hadı Rəcəblinin cənazəsi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

***

12.27

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi keçirilir.

APA xəbər verir ki, Hadi Rəcəblinin cənazəsi "Təzəpir" məscidinə gətirilib.

Qeyd edək ki, Hadı Rəcəbli bu gün 76 yaşında dünyasını dəyişib.