Gəncədə “Azəralüminium” zavodunun ərazisində yanğın olub

Gəncədə “Azəralüminium” zavodunun ərazisində yanğın olub

Gəncədə yanğın baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə “Azəralüminium” zavodunun ərazisindəki sexlərdən birində qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yanğın barədə FHN də məlumat yayıb. Məlumatda bildirilir ki, Gəncə şəhərində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.