Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.

"Report"un yerli bürosu məlumat verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.