"Real"ın futbolçusu yayda Messi ilə komanda yoldaşı ola bilər

"Real"ın futbolçusu yayda Messi ilə komanda yoldaşı ola bilər

İspaniyanın "Real" klubunun futbolçusu Naço Fernandes karyerasını ABŞ-də davam etdirə bilər.

"Birxeber.Az" “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi ilə argentinalı dünya çempionu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" maraqlanır.

İspaniyalı oyunçu yayda azad agent kimi bu komandaya keçə bilər. Onun Madrid klubu ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq.

Qeyd edək ki, Naço Fernandes 2012-ci ildən "Real"da çıxış edir. O, cari mövsüm La Liqada 23 matçda meydanda olub.