Nazir müavini: Müasir suvarma texnologiyalarının tətbiqi qarşımızda dayanan əsas çağırışdır

Nazir müavini: Müasir suvarma texnologiyalarının tətbiqi qarşımızda dayanan əsas çağırışdır

Dünyada günü-gündən ərzağa olan tələbat artdığından torpaqların dayanıqlı istifadəsi üçün onun ağıllı istifadəsini uyğun görürük.

“Birxeber.Az” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, su ehtiyatlarının böyük qismi kənd təsərrüfatında istifadə edilir: “Müasir suvarma texnologiyalarının tətbiqi birmənalı şəkildə çağırış olaraq qarşımızda dayanır. Bu texnologiyanı istifadə edən insandır. İnsanın bunu nə dərəcədə şüurlu istifadə edəcəyi önəmlidir. Bu gün qarşımızda ağıllı fermer çağırışı dayanır. İnsanların istehlakı hamımızı maraqlandıran məsələdir. Şüurlu istehlak önəmlidir”.