Xankəndi-Laçın yolu: ekofəallar dünya ictimaiyyətinə gecə-gündüz çağırış edirlər

Xankəndi-Laçın yolu: ekofəallar dünya ictimaiyyətinə gecə-gündüz çağırış edirlər

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq, qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir.

“Birxeber.Az”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Aksiya iştirakçıları hazırda da yüksək fəallıq nümayiş etdirir və tələblərini irəli sürürlər.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə ilə davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıblar və onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb və 61 gündür davam edir.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Soyuq, qaranlıq və azərbaycanlı fəalların müqaviməti - FOTOREPORTAJ

Soyuq, qaranlıq və azərbaycanlı fəalların müqaviməti - FOTOREPORTAJ

QARABAĞ QARABAĞ
Paşinyan: “Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər təqdim edib”

Paşinyan: “Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər təqdim edib”

QARABAĞ QARABAĞ
Rusiya XİN: “Moskva Bakı ilə İrəvan arasında istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”

Rusiya XİN: “Moskva Bakı ilə İrəvan arasında istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”

QARABAĞ QARABAĞ
Vladanka Andreeva: “Azərbaycanda minatəmizləmə prosesini sürətləndirmək üçün səyləri əlaqələndirmək lazımdır”

Vladanka Andreeva: “Azərbaycanda minatəmizləmə prosesini sürətləndirmək üçün səyləri əlaqələndirmək lazımdır”

QARABAĞ QARABAĞ
Xankəndidən Laçın istiqamətində sülhməramlıların daha 17 avtomobili maneəsiz hərəkət edib - VİDEO

Xankəndidən Laçın istiqamətində sülhməramlıların daha 17 avtomobili maneəsiz hərəkət edib - VİDEO

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 24 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 24 avtomobili maneəsiz keçib - YENİLƏNİB-7

QARABAĞ QARABAĞ
Xarici diplomatlar Ağalı kəndində olublar

Xarici diplomatlar Ağalı kəndində olublar

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 42 avtomobili maneəsiz keçib - VİDEO - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Bir qrup xarici media orqanının əməkdaşları Xankəndi-Laçın yolundadır

Bir qrup xarici media orqanının əməkdaşları Xankəndi-Laçın yolundadır

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 31 avtomobil maneəsiz keçib - YENİLƏNİB-2

Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 31 avtomobil maneəsiz keçib - YENİLƏNİB-2

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir

Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 123 gündür yüksək fəallıqla davam edir