Azərbaycanda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir

Azərbaycanda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub.

"Report " xəbər verir ki, burada BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edirlər.

Açılışda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Rusiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

Sərginin təşkilatçıları Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "EXPO Club Plus" və "Rusiya Ekspo Klubu"dur.

Sərgi 17-19 aprel tarixlərində ziyarətçilər üçün açıq olacaq, giriş pulsuzdur.