Azərbaycanda yükdaşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sayı kəskin artıb

Azərbaycanda yükdaşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sayı kəskin artıb

Son 2 il ərzində Azərbaycanda beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı kəskin artıb.

Bu barədə “APA-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına istinadən xəbər verir.

Məlumata görə, 2023-ci ilin nəticələrinə görə beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı 12 724 təşkil edib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 37,9%, 2021-ci ilin göstəricisi ilə müqayisədə isə 3,7 dəfə çoxdur.

Qeyd olunub ki, 2022-ci ildə beynəlxalq yükdaşımalarda istifadə olunan avtonəqliyyat vasitələrinin sayı 9 225 ədəd, 2021-ci ildə isə 3 432 ədəd səviyyəsində olub.