Komitə sədri: Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik

Komitə sədri: Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik

Dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bu gün evdə işıq yanırsa, valideyn uşağına tərbiyə verməyi əməlində göstərməlidir: "O demək deyil ki, pulum var, ödəyirəm, işıq yansın. Onu istehsal etmək üçün qazıntı materiallardan, yanacaqdan istifadə olunur, atmosferə tullantı buraxılır".

Komitə sədri övladlarını sağlam böyütmək, təmiz su vermək istədiklərini bildirib: "Amma digər tərəfdən təmiz suyu özümüz çirkləndiririk. Əgər dəyərləri həyat tərzimizə çevirməsək, ekoloji mədəniyyəti formalaşdıra bilməyəcəyik. Bunu formalaşdırmasaq, sağlam ailə dəyərinin mövcud fəlsəfəsindən uzaqlaşacağıq və dünyamız çətinlik qarşısında qalacaq. Ekoloji mədəniyyətin formalaşmasında əsas məsələlərdən biri ailə faktoru, təhsil ocaqalarıdır".