“Dreamland”də yeni atletik klub, SPA və gözəllik mərkəzinin açılışı baş tutub - FOTO

“Dreamland”də yeni atletik klub, SPA və gözəllik mərkəzinin açılışı baş tutub - FOTO

Bakıda yerləşən “Dreamland” kompleksində “Dream Body Athletic Club & Spa” mərkəzinin açılışı baş tutub. Mərkəzdə müasir idman avadanlıqları, əyləncəli zonalar, unikal gözəllik mərkəzi və ən son, yenilikçi SPA terapiyaları qonaqların xidmətindədir. Mərkəzin təntənəli açılışında dövlət rəsmiləri, sahibkarlar və digər tanınmış şəxslər iştirak edib.

“Dream Body Athletic Club & Spa” mərkəzi bəzi xidmətləri və avadanlıqları ilə Azərbaycanda ilklərə imza atır. Belə ki, Azərbaycanda ilk neyroaktiv təlim avadanlıqları məhz “Dream Body Athletic Club & Spa”nın atletik klubundadır. Bunlarla yanaşı, Azərbaycanda ilk dəfə məhz “Dream Body” mərkəzində “Gharieni MLX” kvars yatağı qonaqların xidmətində olacaq. Bu terapiya növü sinir təzyiqini, stresi azaldır, elastikliyi artırır və mənəvi rahatlıq bəxş edir.

Üzvlük və digər məsələlərlə bağlı ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:

Telefon: (+99455) 250-74-00

İnstagram: https://www.instagram.com/dreamland.trampoline/

Facebook: https://www.facebook.com/dreamtrampolinee