Müdafiə Nazirliyi: Tovuz istiqamətində Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Müdafiə Nazirliyi: Tovuz istiqamətində Ermənistana məxsus kvadrokopter zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun mövqelərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində müəyyən edilən kvadrokopter bölmələrin sayıqlığı nəticəsində aşkar olunub və zərərsizləşdirilərək müsadirə edilib.