Şuşada mövsümün növbəti qar yağışı - FOTOREPORTAJ
Fevralın 7-si axşam saatlarından başlayaraq Şuşa şəhərinə qar yağışı davam edir.
Bu barədə "Birxeber.Az"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.
Hazırda rayon ərazisində havanın temperaturu -6 dərəcəni göstərir.
Şəhərin küçə və prospektlərində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yollar mütəmadi olaraq qardan təmizlənir.



















