Parisdə taksi sürücüləri fermerlərin etiraz aksiyasına qoşulub - YENİLƏNİB

Parisdə taksi sürücüləri fermerlərin etiraz aksiyasına qoşulub - YENİLƏNİB

Fransanın paytaxtı Parisdə fermerlərin etiraz aksiyasına taksi sürücüləri də qoşulub.

“Birxeber.Az” xəbər verir ki, onlar avtomobillə paytaxt Parisə gedən yolu bağlayıblar.

12:17

Fransa hökumətinin siyasətindən narazı olan fermerlər yerli vaxtla saat 14:00-da paytaxtın “mühasirəsi”nə başlayacaqlar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyası (FNSEA) və “Jeunes Agriculteurs” həmkarlar ittifaqı şəhərə gedən 7 magistral yolu bağlamağı planlaşdırır.

“Paris ətrafında bağlanacaq yollarda 1500-2500 traktor ola bilər”, - “Jeunes Agriculteurs”in baş katibinin müavini Kanten Le Qiyu bildirib.

Ümumiyyətlə, FNSEA və “Jeunes Agriculteurs” Fransanın paytaxtına hər hansı mal tədarükünün qarşısını almaq üçün Parisin tam blokadasını təşkil etmək niyyətindədir. Bu etiraz aksiyasının azı 5 gün davam edəcək.

Bundan başqa, bu iki həmkarlar ittifaqı Parisin iki əsas hava limanının – “Şarl de Qoll” və “Orli”ni blokadaya almağı planlaşdırır.