Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlama aparılır

Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlama aparılır

Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yoxlamalar aparır.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlamalar nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyində başlayıb. Yoxlamalar 2023-cü ilin maliyyə vəsaiti və dövlət əmlakı istifadəsinin auditi üzrə aparılır.
Yoxlamaların aparılması nazirlik tərəfindən APA-ya təsdiq edilib.