İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib - YENİLƏNİB

İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Birxeber" xəbər verir ki, dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib, bu ölkənin “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirib.

Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlət başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş edib.

Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq deyib:

“Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik”.

Şeyx Səud bin Abdullah Əl Müacib 10 may - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini dərin ehtiramla yad edib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

15:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Birxeber"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü olub

Xarici siyasət Xarici siyasət
İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"

İlham Əliyev: "Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul edib"

Xarici siyasət Xarici siyasət
Qazaxıstan Prezidenti Xələf Xələfovu təltif edib

Qazaxıstan Prezidenti Xələf Xələfovu təltif edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Azərbaycan və Fələstin arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür

Xarici siyasət Xarici siyasət
Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Almaniya hökuməti məcburi köçkünlərlə bağlı layihələrə dəstək verəcək

Xarici siyasət Xarici siyasət
Ərdoğan Azərbaycana səfər edəcək

Ərdoğan Azərbaycana səfər edəcək

Xarici siyasət Xarici siyasət
Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib

İlham Əliyev Qazaxıstan Prezidentinə zəng edib

Xarici siyasət Xarici siyasət
Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin bəyanatı BMT-də sənəd kimi yayılıb

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin bəyanatı BMT-də sənəd kimi yayılıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Özbəkistanın Baş prokuroru ilə görüşüb