Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Azərbaycan İlahiyyat İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini mayın 1-nə qədər İnstitutun Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 1-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.