Zəlzələ bölgəsindən indiyədək təxliyə olunan Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Zəlzələ bölgəsindən indiyədək təxliyə olunan Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Türkiyədəki zəlzələ bölgəsindən indiyədək 80 863 Türkiyə vətəndaşı təxliyə olunub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təxliyə həm hava, həm su, həm quru yolu ilə həyata keçirilir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.

Region Region
Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib

Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib

Region Region
Amerikalı ekspert: “İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür"

Amerikalı ekspert: “İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür"

Region Region
Rusiya qoşunları qitələrarası ballistik raketi sınaqdan keçirib

Rusiya qoşunları qitələrarası ballistik raketi sınaqdan keçirib

Region Region
Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Lukaşenko: “Rusiya çökərsə, KTMT ölkələri onun qalıqları altında qalacaq”

Region Region
Ukrayna Prezident Ofisinin rəhbəri Emmanuel Makrona cavab verib

Ukrayna Prezident Ofisinin rəhbəri Emmanuel Makrona cavab verib

Region Region
Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymaq saxlanılıb

Ermənistanda İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda kərə yağı və qaymaq saxlanılıb

Region Region
İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

İranın hərbi elitası kütləvi etirazlara görə parçalanıb

Region Region
Türkiyədə 83 yaşlı qadın və 2 yaşlı körpə dağıntılar altından sağ çıxarılıb

Türkiyədə 83 yaşlı qadın və 2 yaşlı körpə dağıntılar altından sağ çıxarılıb

Region Region
Rusiya ilə bağlı xüsusi tribunalın yaradılmasını dəstəkləyən ölkələrin sayı açıqlanıb

Rusiya ilə bağlı xüsusi tribunalın yaradılmasını dəstəkləyən ölkələrin sayı açıqlanıb

Region Region
Mişustin: “Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının tərəfdarıdır”

Mişustin: “Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının tərəfdarıdır”

Region Region
Türkiyəli siyasətçi: “Son 21 il ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq”

Türkiyəli siyasətçi: “Son 21 il ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq”

Region Region
Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib

Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib