Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Dövlət Ehtiyatları Agentliyi avtonəqliyyat vasitələrinin könüllü sığortası üçün açıq tender elan edib.

“Birxeber.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 17 manatdır.

İddiaçılar təkliflərini mayın 8-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 8-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.