Naxçıvanda 1 600-ə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Naxçıvanda 1 600-ə yaxın yeni vergi ödəyicisi qeydiyyata alınıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 559 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Xidmətdən "Birxeber.Az"un yerli bürosuna bildirilib ki, bunların 1 467-si fiziki, 92-si hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 8,2 % artıb.

Bu ilin birinci rübündə kommersiya qurumlarının 60 %-i elektron qaydada, 40 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.