Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri apellyasiya şikayəti verib

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri apellyasiya şikayəti verib

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri Hüseyn Seyidov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Birxeber.Az"a onun vəkili Anar Mövsümoğlu məlumat verib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və H.Seyidov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Hüseyn Seyidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Hüseyn Seyidov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Qeyd olunub ki, onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı H.Seyidova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.