KİV: "Rusiyanın defolt riski sanksiyalara görə davam edir"

KİV: "Rusiyanın defolt riski sanksiyalara görə davam edir"

“Rusiya iki istiqraz üzrə pul ödəyib, lakin sanksiyalar səbəbindən ölkədə defolt riski hələ də qalmaqdadır”.

Bu barədə “Birxeber” “Bloomberg” agentliyinə ​​istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalar səbəbindən investorlar gələcək ödənişləri alıb-almayacağını anlaya bilmirlər. Mütəxəssislərin fikrincə, məhdudiyyətlər pul köçürməsini xeyli çətinləşdirib, vəsaitlərin hərəkətini əngəlləyib və bloklayıb.

Fransız konsaltinq firması “EM Conseil”in təsisçisi Elena Deylinin sözlərinə görə, söhbət təkcə borcun ödənilməsi üçün gözlənilən ödənişlərdən deyil, həm də Ukraynadakı hərbi əməliyyatın və həyati əhəmiyyətli idxalın maliyyələşdirilməsinin zəruriliyindən gedir.

İnvestorlara istiqrazlar üzrə ödənişlər edə bilən 9A ABŞ Ümumi Lisenziyası, təxminən 100 milyon dollarlıq kuponların ödəmə müddətindən iki gün əvvəl, mayın 25-də ləğv edilməlidir. Əgər ABŞ Xəzinədarlığı güzəşt müddətini uzadarsa, Rusiya daxilində dollar və digər valyutalar olduğu müddətcə, sanksiyalar tətbiq olunmayan bankları vasitəsilə ödənişləri davam etdirə bilər.

Agentliyin qeyd etdiyi kimi, ABŞ bundan Rusiyanı qənaətlərini xərcləməyə məcbur etmək üçün istifadə edir. Amma hələlik Moskva neft, qaz və digər malların satışı sayəsində kifayət qədər nağd pula malikdir.

--- ---
Qızıl yenə bahalaşıb

Qızıl yenə bahalaşıb

--- ---
Daşınmaz əmlakın istismarına dair mülki məsuliyyət niyə sığortalanmalıdır?

Daşınmaz əmlakın istismarına dair mülki məsuliyyət niyə sığortalanmalıdır?

--- ---
Mikayıl Cabbarov: “Azərbaycanda qənaətbəxş nəticələr əldə olunubdur”

Mikayıl Cabbarov: “Azərbaycanda qənaətbəxş nəticələr əldə olunubdur”

--- ---
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfədən çox artıb

Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfədən çox artıb

--- ---
BVF: Ukraynanın ayda 5 milyard dollara yaxın yardıma ehtiyacı var

BVF: Ukraynanın ayda 5 milyard dollara yaxın yardıma ehtiyacı var

--- ---
"Təmiz Şəhər" auditor seçir

"Təmiz Şəhər" auditor seçir

--- ---
Bitkoin 6 %-ə yaxın ucuzlaşıb

Bitkoin 6 %-ə yaxın ucuzlaşıb

--- ---
Hesablama Palatası: “Şəffaflıqla bağlı addımlar davamlı olmalıdır”

Hesablama Palatası: “Şəffaflıqla bağlı addımlar davamlı olmalıdır”

--- ---
ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

ABŞ dollarının zəifləməsi fonunda qızıl bahalaşıb

--- ---
İpoteka və Kredit Zəmanət Fondu sahibkarların suallarını cavablandıracaq

İpoteka və Kredit Zəmanət Fondu sahibkarların suallarını cavablandıracaq

--- ---
Azərbaycan Mərkəzi Bankı 1 milyon manatlıq lisenziya alır

Azərbaycan Mərkəzi Bankı 1 milyon manatlıq lisenziya alır

--- ---
AzTV auditor seçib

AzTV auditor seçib