İrandan Azərbaycana narkotik gətirən şəxslərə hökm oxunub

İrandan Azərbaycana narkotik gətirən şəxslərə hökm oxunub

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Pərvin Rzayev, gələn Məhəmməd Məmmədov və Süleyman Musazadəyə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə

M.Məmmədov və Süleyman Musazadə 10 il, Pərvin Rzayev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin avqustunda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Belə ki, ittiham aktına görə paytaxtın Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi 90-LB-478 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz S 600" markalı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

M.Məmmədovun saxlanıldığını görən P.Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çarparaq hadisə yerindən qaçıb.

M.Məmmədovdan götürülən çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ilin avqustun 4-u səhər saatlarında cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Yasamal rayonu ərazisində, P.Rzayev isə bir gün sonra səhər saatlarında Şirvan şəhərində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Həmin şəxslərin barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

HADİSƏ HADİSƏ
Ucarda avtomobil yanıb

Ucarda avtomobil yanıb

HADİSƏ HADİSƏ
Sumqayıtda mənzildə partlayış baş verib, xəsarət alan var

Sumqayıtda mənzildə partlayış baş verib, xəsarət alan var

HADİSƏ HADİSƏ
FHN-in hərbi hissəsində təlim keçirilib, Kəmaləddin Heydərov izləyib

FHN-in hərbi hissəsində təlim keçirilib, Kəmaləddin Heydərov izləyib

HADİSƏ HADİSƏ
Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

HADİSƏ HADİSƏ
Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

HADİSƏ HADİSƏ
FHN-in baş idarə rəisi qəfildən vəfat edib - FOTO

FHN-in baş idarə rəisi qəfildən vəfat edib - FOTO

HADİSƏ HADİSƏ
Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb

HADİSƏ HADİSƏ
Xəzər suyunun Kürə qarışmasının qarşısını almaq üçün çayın Neftçala hissəsində maneələr yaradılır

Xəzər suyunun Kürə qarışmasının qarşısını almaq üçün çayın Neftçala hissəsində maneələr yaradılır

HADİSƏ HADİSƏ
Bakıda 12 otaqlı evdə yanğın olub

Bakıda 12 otaqlı evdə yanğın olub

HADİSƏ HADİSƏ
DYP sürücüləri bayram günlərində yollarda daha da diqqətli olmağa çağırıb

DYP sürücüləri bayram günlərində yollarda daha da diqqətli olmağa çağırıb

HADİSƏ HADİSƏ
Bakıda avtomobillərdən 7000 manatlıq oğurluq olub

Bakıda avtomobillərdən 7000 manatlıq oğurluq olub

HADİSƏ HADİSƏ
Gəncədə yolu keçmək istəyən iki piyadanı avtomobil vurub

Gəncədə yolu keçmək istəyən iki piyadanı avtomobil vurub