“Kapital Bank” Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərib

“Kapital Bank” Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərib

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə “Kapital Bank” tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.

Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az saytı, “Birbank” rəqəmsal bankı, eləcə də “Kapital Bank”ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.

Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə "PAŞA Holding" və "Kapital Bank" da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna — Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

“Kapital Bank” hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Maliyyə Maliyyə
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 400 milyon manat qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 400 milyon manat qaytarılıb

Maliyyə Maliyyə
Azərbaycan bankları AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

Azərbaycan bankları AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

Maliyyə Maliyyə
Bakı Şəhəri Reklam İdarəsi sığortaçı seçir

Bakı Şəhəri Reklam İdarəsi sığortaçı seçir

Maliyyə Maliyyə
İcbari Tibbi Sığorta Fondunun yarımillik gəlir və xərcləri açıqlanıb

İcbari Tibbi Sığorta Fondunun yarımillik gəlir və xərcləri açıqlanıb

Maliyyə Maliyyə
AMB: "Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir"

AMB: "Qlobal trendlərin yerli bank sisteminə əhəmiyyətli təsiri gözlənilmir"

Maliyyə Maliyyə
IMF dünya üzrə ÜDM artımı proqnozunu 3,6%-ə endirib

IMF dünya üzrə ÜDM artımı proqnozunu 3,6%-ə endirib

Maliyyə Maliyyə
Azərbaycanda illik inflyasiya 13,6 % təşkil edib

Azərbaycanda illik inflyasiya 13,6 % təşkil edib

Maliyyə Maliyyə
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” auditor seçib

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” auditor seçib

Maliyyə Maliyyə
Hesablama Palatası ötən il Qarabağda 4 uyğunluq auditi aparıb

Hesablama Palatası ötən il Qarabağda 4 uyğunluq auditi aparıb

Maliyyə Maliyyə
WB: "Azərbaycanda büdcə profisiti enerj gəlirlərinin artması ilə 3,4 %-ə çatıb"

WB: "Azərbaycanda büdcə profisiti enerj gəlirlərinin artması ilə 3,4 %-ə çatıb"

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.03.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (15.03.2023)

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.06.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.06.2023)