Kanadanın müdafiə xərcləri növbəti 20 ildə 53 milyard dollar olacaq

Kanadanın müdafiə xərcləri növbəti 20 ildə 53 milyard dollar olacaq

Kanadanın növbəti 20 il ərzində müdafiə xərcləri 73 milyard Kanada dolları (53 milyard ABŞ dolları) təşkil edəcək, yaxın beş ildə isə ölkənin Müdafiə Nazirliyi 8,1 milyard Kanada dolları (5,88 milyard ABŞ dolları) alacaq.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi cari maliyyə ili üçün (aprelin 1-dən başlanmış) federal büdcə layihəsində deyilir.

Belə ki, 2024-cü il büdcəsi 2024-25-ci illərdən başlayaraq beş il ərzində Milli Müdafiə Departamentinə 8,1 milyard və 20 il ərzində isə 73 milyard Kanada dolları həcmində fundamental sərmayə qoyulmasını təklif edilib.

Xüsusilə, Kanada hakimiyyəti strateji sursat ehtiyatının formalaşdırılmasına qarşıdakı beş il ərzində 1,8 milyard Kanada dolları (1,31 milyard ABŞ dolları) xərcləmək niyyətindədir.

Kanada Hərbi Dəniz Qüvvələrinin Halifax sinifli freqatlarını döyüş vəziyyətində saxlamaq üçün eyni dövr ərzində 1,9 milyard Kanada dolları (1,38 milyard ABŞ dolları) ayrılacaq, növbəti dörd il ərzində demək olar ki, 550 milyon Kanada dolları (400 milyon ABŞ dolları) peyk avadanlıqlarının dəyişdirilməsinə, yeni helikopterlərin və uzaq mənzilli raketlərin alınmasına xərclənəcək.

Bundan əlavə Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir. Layihədə, həmçinin beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürülməsi də nəzərdə tutulub.