Zaxarova BMT Təhlükəsizlik Şurasını Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çağırıb

Zaxarova BMT Təhlükəsizlik Şurasını Yaxın Şərqdə eskalasiyanın qarşısını almağa çağırıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün lazım olan hər şeyi etməlidir.

APA xəbər verir ki, bu barədə aprelin 16-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində bildirib.

“Biz həqiqətən inanırıq ki, vəziyyət heç bir halda daha da gərginləşməyə təhrik edilməməlidir. Və BMT Təhlükəsizlik Şurasının işə başlaması üçün hər şey edilməlidir”, - XİN rəsmisi qeyd edib.