Ərdoğan Putinin Türkiyəyə gözlənilən səfərinə münasibət bildirib

Ərdoğan Putinin Türkiyəyə gözlənilən səfərinə münasibət bildirib

Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfərinin tarixi hələ müəyyən edilməyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O, bu məsələnin ən qısa zamanda dəqiqləşdiriləcəyinə inandığını, Putinlə tez-tez telefon danışıqları apardığını da vurğulayıb.