Azərbaycanla Danimarka arasında COP29-a hazırlıq prosesi müzakirə edilib

Azərbaycanla Danimarka arasında COP29-a hazırlıq prosesi müzakirə edilib

Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Denni Annanın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə "Birxeber.Az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.