AŞPA Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi tövsiyə edib

AŞPA Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi tövsiyə edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Kosovonu Avropa Şurasına üzv olmağa dəvət etməyi tövsiyə edib.

APA xəbər verir ki bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki AŞPA-nın yaz sessiyası çərçivəsində keçirilən səsvermə zamanı 29 əleyhinə 131 səs lehinə və 11 bitərəf olmaqla qanunla müəyyən edilmiş rəy qəbul edilib.

Üzvlüklə bağlı yekun qərarı AŞ-nin Nazirlər Şurası verəcək.