Türkiyə konsulu: “Əlahiddə Ümumqoşun Ordu kömək etməsəydi, yardım göndərmək çətin olardı”

Türkiyə konsulu: “Əlahiddə Ümumqoşun Ordu kömək etməsəydi, yardım göndərmək çətin olardı”

“Əlahiddə Ümumqoşun Ordu kömək etməsəydi, yardımları çeşidləyib yola salmaq bizimçün çətin olardı”.

“Report” xəbər verir ki, bunu Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.

“Bir daha əməyi keçən hər kəsə, o cümlədən də Əlahiddə Ümumqoşun Ordunun burada çalışan heyətinə dəstəklərinə görə təşəkkürümü bildirirəm”, - Baş konsul deyib.

“Zəlzələ baş verdikdən dərhal sonra biz çox böyük fəlakət olduğu üçün beynəlxalq yardım çağırışı etdik. İlk köməyə yetişən ölkələrdən biri Azərbaycan oldu. Qardaş ölkə yardım çatdırma, xilasetmə dəstəsi göndərdi. Daha sonra ehtiyac duyulan ləvazimatları sosial media hesablarımızdan bildirdik. O andan bəri Naxçıvandakı Baş Konsulluğumuza inanılmaz yardım axını oldu.

Bizim yardımları Baş Konsulluqda çeşidləyib göndərməyimiz çətin idi. Bu işdə Əlahiddə Ümumqoşun Ordu bizə köməklik etdi, ordunun anbarında bunun üçün şərait yaradıldı. Fevralın 8-də 12 TIR Naxçıvandan Türkiyənin Adıyaman bölgəsinə göndərildi. Bu gün də 12 TIR yola salındı. TIR-larda, əsasən, qida məhsulları, su, geyimlər, çadırlar var”,- Asip Kaya əlavə edib.

Diplomat qeyd edib ki, bundan sonra daha çox çadıra, istilik ləvazimatlarına, qış geyimlərə, dərmanlara, gigiyenik vasitələrə ehtiyac var: “Yardım etmək istəyən naxçıvanlı qardaşlarımız bunlara önəm versələr məmnun olarıq. Gigiyenik baxımdan yeni paltarlar gətirsələr yaxşı olar. Paltarların çeşidlənib göndərilməsi olduqca çətindir. Mən Türkiyə Cümhuriyyəti, türk xalqı adından yardım edən hər kəsə təşəkkürümü bildirirəm. Böyük bir həmrəylik örnəyi göstərdilər. Bildiyimiz kimi, biz bir millət, iki dövlətik. Bunu bir daha bütün dünyaya göstərdik”.

Xarici siyasət Xarici siyasət
QHT-lər Fransanın beynəlxalq normalara zidd davanışlarına qarşı etiraz bəyanatı yayıblar

QHT-lər Fransanın beynəlxalq normalara zidd davanışlarına qarşı etiraz bəyanatı yayıblar

Xarici siyasət Xarici siyasət
Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

Azərbaycanın əlavə xilasetmə qrupu da Türkiyəyə ezam olunacaq

Xarici siyasət Xarici siyasət
Bu gün Naxçıvandan Türkiyəyə daha 4 TIR yardım yola salınıb

Bu gün Naxçıvandan Türkiyəyə daha 4 TIR yardım yola salınıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Torpaqlarımızın Ermənistan tərəfindən işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik"

Azərbaycan Prezidenti: "Torpaqlarımızın Ermənistan tərəfindən işğalı illərində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: "Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir"

Ceyhun Bayramov: "Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

Xarici siyasət Xarici siyasət
Britaniya səfiri: “Azərbaycana gələndə söz vermişdim ki, hər bölgəyə səfər edəcəm”

Britaniya səfiri: “Azərbaycana gələndə söz vermişdim ki, hər bölgəyə səfər edəcəm”

Xarici siyasət Xarici siyasət
BMTİP rəsmisi: “Azərbaycan DİM-ə nail olmaq öhdəliyini nümayiş etdirib”

BMTİP rəsmisi: “Azərbaycan DİM-ə nail olmaq öhdəliyini nümayiş etdirib”

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Xarici siyasət Xarici siyasət
Klaus Yohannis: "Tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik"

Klaus Yohannis: "Tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik"

Xarici siyasət Xarici siyasət
Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb

Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb

Xarici siyasət Xarici siyasət
Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib

Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib