Serbiya Prezidenti COP-29-a dəvət edilib

Serbiya Prezidenti COP-29-a dəvət edilib

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, dövlət başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.