Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin kansler administrasiyası Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin Xocalı soyqırımı ilə bağlı müraciətini cavablandırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Birxeber”a verilən məlumata görə, məktubda dövlət kanslerinin adından müraciətə və “Onlar heç vaxt böyüməyəcəklər” kitabına görə soydaşlarımıza minnətdarlıq bildirilib. Qeyd edilib ki, əyalət rəhbərliyi hər cür müharibə və işgəncə faktlarına qarşı çıxış edir. Ümid edilib ki, Xocalı soyqırımı həqiqətləri alman federal idarəçiləri və münaqişə tərəflərinin birgə səyləri ilə üzə çıxacaq.

Bu məktub alman rəsmilərinin Xocalı soyqırımı ilə bağlı diaspor təşkilatlarının keçirdiyi mühüm tədbirlərə yüksək səviyyədə reaksiyadır.

Qeyd edək ki, Kölndə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi yerli ictimaiyyətdə Qarabağ həqiqətləri barədə yanlış və ermənipərəst rəy formalaşmaması naminə iş aparır. Bu məqsədlə hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Almaniyanın bütün əyalət rəhbərlərinə və Bundestaqa müraciətlər, eləcə də alman və ingilis dillərində Boran Əzizin “XX əsrdə ermənilərin türklərə qarşı törətdiyi soyqırımlar”, Elşad Eyvazlının “Böyüməyən uşaqlar” və Səriyyə Cəfərovanın “Onlar heç vaxt böyüməyəcəklər” kitabları göndərilir.

Xatırladaq ki, 2019-cu ildən etibarən Köln Azərbaycan Evi fəaliyyət göstərir və hazırda orada yeniyetmə və gənc soydaşlarımıza Azərbaycan dili və ədəbiyyatı tədris edilir.

--- ---
Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

--- ---
Arif Rəhimoğlu İsveçdə dəfn olunub

Arif Rəhimoğlu İsveçdə dəfn olunub

--- ---
Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

--- ---
Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

--- ---
Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

--- ---
Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

--- ---
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

--- ---
Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

--- ---
Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

--- ---
ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

--- ---
"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"