Biləsuvarda əmək yarmarkası keçiriləcək 

Biləsuvarda əmək yarmarkası keçiriləcək 

Biləsuvar rayonunda əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.