Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!

Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!

“Birlikdən qazan” şüarı ilə aprelin 26-da “Gülüstan Sarayı”nda 600 nəfərdən çox iştirakçı ilə baş tutacaq Milli İnsan Resursları Forumunun spikerləri məlum olub.

“Facemark”, “HR Option“HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”, “Peoplise” “Business School Istanbul” şirkətlərinin "platinum" sponsorluğu, “BeIT & Partners”, “LOQO”, “DataExpert”“IST Services” şirkətlərinin "gold" sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın "silver" sponsorluğu ilə 600 nəfərdən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkədə insan resursları sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 16 spiker "Birlikdə qazan" şüarı ilə " Top uğrunda mübarizə", " Mərkəz xətti", " Oyundan kənar vəziyyət" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

"MİRF"in layihə rəhbəri Cabir Süleymanlının moderator olduğu “Top uğrunda mübarizə” panelində “GDG Professionals” şirkətinin təsisçisi və Baş direktoru Gülzar Quliyeva, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova, "Veysəloğlu" Şirkətlər Qrupunun ofis direktoru (Aparat rəhbəri) Zaur Zeynalov, ADA Universitetinin Rekruitment Meneceri Dr. Aytəkin Hüseynova, “Peoplise” MMC-nin Satış və müştəri əlaqələri üzrə rəhbəri Doğuşcan Oto və "Yüksəliş" müsabiqəsinin Testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova komanda quruculuğu istiqamətində öz təcrübələrini bölüşəcəklər.

İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bədirxanovun moderator olduğu "Mərkəz Xətti" panelində “ALPHA Coaching & Consulting” MMC-nin İcraçı direktoru Elçin Əzimli, “Project Management Baku” MMC-nin təsisçisi Xədicə Berktaş, İnsan resursları üzrə konsultant Vahidə Rzayeva, “PAŞA Həyat Sığorta” ASC-nin Baş İnsan resursları inzibatçısı Coşqun İmanquluyev və “KPMG Türkiyə”nin İnsan Resursları direktoru Neslihan Çakıt komanda dinamikləri necə müəyyənləşdirilməlidir, düzgün komanda necə qurulmalıdır mövzularına toxunacaqlar.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərovun moderator olduğu "Oyundan kənar vəziyyət" panelində “SOCAR” Əmək şəraiti normalarının işlənməsi İdarəsinin rəis müavini Elvin Mahmudov, "McDonalds Azərbaycan"ın İnsan Resursları Departamentinin direktoru Anar Bayramov, “BP”nin İnsanlar və Korporativ Mədəniyyət üzrə partnyoru Çinarə Əhmədova, “PMD Hospitality” MMC-nin İnsan Resursları üzrə direktoru Azad Ömərov və “DataExpert & BMI Business School”un sədri Hasan Altunkayanın spikerliyi ilə baş tutacaq. Panel zamanı komandaların motivasiya edilməsi, komandaları uğura necə yönəltmək lazımdır kimi mövzular müzakirə ediləcəkdir.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Həmçinin bu il ilk dəfə olaraq forumda HR sahəsinə dair mini tamaşanı da izləyə biləcəklər.

Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.mirf.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/mirfaze

İnstaqram: https://www.instagram.com/mirf.aze/

Linkedln: https://www.linkedin.com/company/mi̇rf/?viewAsMember=true