Bakıda yol qəzası sıxlığa səbəb olub

Bakıda yol qəzası sıxlığa səbəb olub

Bakının Binəqədi rayonunda baş verən qəza sıxlığa səbəb olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətdə sıxlıq yaranıb.