Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az -nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan mişar daşı yüklü "KamAZ"la "Mercedes Vito" markalı mikroavtobus və "Mercedes" markalı minik maşını toqquşub.

Nəticədə 1974-cü il təvəllüdlü Cavahir İsmayıl qızı İsmayılova və 1976-cı il təvəllüdlü Zaur Aydın oğlu Cabbarlı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı yük maşını aşıb, yolun hərəkət hissəsinə mişar daşı töküldüyündən hərəkət nisbətən məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.