Ermənistan XİN Rusiya səfirinin dəyişdirilməsi ilə bağlı heç bir mesaj almadıqlarını bildirib

Ermənistan XİN Rusiya səfirinin dəyişdirilməsi ilə bağlı heç bir mesaj almadıqlarını bildirib

Ermənistan Xarici İşlər Nazirliyinə Rusiyanın ölkədəki səfirinin dəyişdirilməsi ilə bağlı heç bir mesaj daxil olmayıb.

APA Armenia Today-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Vaan Kostanyan məlumat verib.

Xatırladaq ki, Rusiya mediasında Moskvanın Ermənistandakı səfir Sergey Kopırkini geri çağırması barədə məlumat yayılmışdı.