“Real” Çempionlar Liqasının pley-offlarında son çempiona heç vaxt uduzmayıb

“Real” Çempionlar Liqasının pley-offlarında son çempiona heç vaxt uduzmayıb

İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələrində son çempiona heç vaxt məğlub olmayıb.

“Birxeber.Az” xəbər verir ki, Madrid təmsilçisi indiyə qədər qitənin ən nüfuzlu klub turnirinin son qalibi ilə qrup mərhələsinin ardından 5 dəfə üz-üzə gəlib və hamısında rəqibini mübarizədən kənarlaşdırıb.

La Liqa nəhəngi 1998-ci ildə “Borussiya” (Dortmund, Almaniya), 2000-ci ildə “Mançester Yunayted” (İngiltərə), 2002 və 2014-cü illərdə “Bavariya” (Almaniya), 2022-ci ildə isə “Çelsi”nin (İngiltərə) titulunu qorumasına mane olub.

“Kral klubu”nun hazırda 1/4 final mərhələsindəki rəqibi “Mançester Siti” (İngiltərə) də yarışın ötənilki qalibidir. Komandalar arasında ilk görüşdə 3:3 hesabı qeydə alınıb. Cavab qarşılaşması aprelin 17-də Mançesterdə baş tutacaq.