İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib

İndiyədək Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib

Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib.

Bunu "Report"a açıqlamasında Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib.

Onun sözlərinə görə, artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur".

C.Aygor vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi təlim keçən itlər vasitəsilə hər qutunu yoxlayır və sonra TIR-lara yüklənir".

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 014 nəfər ölüb, 63 794 nəfər yaralanıb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Xarici siyasət Xarici siyasət
Vilnüsdə Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2

Vilnüsdə Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2

Xarici siyasət Xarici siyasət
Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib

Xarici siyasət Xarici siyasət
Çin lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Çin lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Xarici siyasət Xarici siyasət
Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək

Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək

Xarici siyasət Xarici siyasət
Şalva Papuaşvili: "Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi"

Şalva Papuaşvili: "Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi"

Xarici siyasət Xarici siyasət
Parisdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Parisdə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Moldova arasında üzümçülük sahəsində əməkdaşlıq müzakirə edilib

Xarici siyasət Xarici siyasət
Rusiya-Azərbaycan-Ermənistan parlamentlərarası təmasları üçün məsləhətləşmələrə başlanılıb

Rusiya-Azərbaycan-Ermənistan parlamentlərarası təmasları üçün məsləhətləşmələrə başlanılıb

Xarici siyasət Xarici siyasət
Tehranda Heydər Əliyevin anım mərasimi keçirilib

Tehranda Heydər Əliyevin anım mərasimi keçirilib

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Delimitasiya  bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir"

Ayxan Hacızadə: "Delimitasiya bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili əsasında həyata keçirilməlidir"