Düyü idxalı azalıb

Düyü idxalı azalıb

Cari ilin ilk 3 ayında ölkəyə statistik dəyəri 20 045.03 min ABŞ dolları olan 19 294.07 ton düyü idxal edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin (DGK) rüblük hesabatına istinadən xəbərinə görə, bununla da düyü idxalı ümumi idxalın 0.54 %-i təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 13.63 % azalma olsa da, statistik dəyərdə 3.8 % artım qeydə alınıb.