Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Con Bassla görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüşdə, həmçinin Ankara ilə Vaşinqton arasındakı ikitərəfli əlaqələr barədə danışılıb.

Bundan başqa, tərəflər Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, C.Bass Türkiyədə səfərdədir.