“Golden Boy” mükafatına favoritlər açıqlanıb

“Golden Boy” mükafatına favoritlər açıqlanıb

2024-cü il “Golden Boy” mükafatına namizədlərin siyahısı yenilənib.

“Report”un məlumatına görə, Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizədə favoritlər açıqlanıb.

Siyahıya İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal başçılıq edir. Onu Portuqaliya “Benfika”sının üzvü Joao Neveş izləyir. İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Yunayted”in formasını geyinən Alexandro Qarnaço qapayır.

Uorren Zaire-Emeri (PSJ, Fransa), Leni Yoro (“Lill”, Fransa), Savio (“Jirona”, İspaniya) və Kobbi Meynu (“Mançester Yunayted”, İngiltərə) növbəti yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2023-cü ildə İspaniya “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem bu ada yiyələnib.