Astarada avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Astarada avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb

Astara rayonunda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.

“Birxeber.Az”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Qamışoba kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil yolu keçən Cəlilabad rayonunun Çəmənli kənd sakini 5 yaşlı F. Yadigar qızı Nəzərovanı vurub. Sürücü uşağı xəstəxanaya çatdırmağa səy göstərib. Lakin yaralı xəstəxanaya çatdırılana qədər yolda keçinib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, azyaşlı Astaraya işləməyə gələn anası ilə birlikdə yaşayırmış.