Ölkəyə ət idxalı artıb

Ölkəyə ət idxalı artıb

Cari ilin ilk 3 ayında Azərbaycana statistik dəyəri 25 380.11 min ABŞ dolları olan 11 630.88 ton ət idxal olunub.

Birxeber.Az-Economics”in Dövlət Gömrük Komitəsinin (DGK) rüblük hesabatına istinadən xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalında 2.3 % artım qeydə alınıb.

Bununla da ət idxalı 2024-cü ilin ilk 3 ayında ümumi idxalın 0.68 % təşkil edib.