Slovakiya Baş nazirinin partiyası prezident seçkilərində parlamentin sədrini dəstəkləyəcək

Slovakiya Baş nazirinin partiyası prezident seçkilərində parlamentin sədrini dəstəkləyəcək

Slovakiyada hökumət koalisiyasının ən böyük siyasi qüvvəsi olan İstiqamət - Sosial Demokrat Partiyası yazda ölkədə keçiriləcək prezident seçkilərində Milli Şuranın (Parlament) sədri Peter Pelleqrinini dəstəkləyəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş nazir və Sosial Demokrat Partiyasının lideri Robert Fiko Slovakiya televiziyasında çıxışı zamanı bildirib.

Hökumət koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının sədri vəzifəsini daşıyan Pelleqrini yanvarın 19-da prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən elan edib. O, hazırda ölkədə ən populyar siyasətçidir. İctimai sorğulara əsasən, təxminən 5,5 milyon nəfər əhalisi olan ölkədə 3,5 milyon seçicinin 40%-dən çoxu ona səs verməyə hazırdır.

Prezident seçkilərinin birinci turu martın 23-də, ikinci turu isə, lazım gələrsə, aprelin 6-da keçiriləcək. Sorğulara görə, 48 yaşlı Pelleqrini ilk turda 50%-dən çox səslə qələbəni təmin edə bilər.